Guneshli Park Residence – Rahatlıq və Keyfiyyətin Ünvanı!
Bakı şəhərinin sürətlə inkişaf edən ərazilərindən birində – Samir Cəfərov küçəsində yerləşən Guneshli Park Residence, müasir memarlıq üslubu, funksional planlaşdırması və dayanıqlı tikinti standartları ilə seçilir.
Kompleks 2 korpus və 3 blokdan ibarətdir. 10 mərtəbəli binalarda 1, 2 və 3 otaqlı geniş və işıqlı mənzillər təqdim olunur. Hər girişə ayrıca diqqət yetirilmiş, yaşayış sahələrinin rahat və əlçatan olması üçün zəruri hər bir detal nəzərə alınıb.
Layihədə sakinlərin gündəlik rahatlığını təmin edəcək yeraltı avtodayanacaq, təhlükəsiz həyət ərazisi və uşaq oyun zonaları nəzərdə tutulub. Bu, həm ailəli, həm də tək yaşayan sakinlər üçün funksional və zövqlü yaşam mühiti yaradır.